Yüzlərlə bəhreynlinin vətəndaşlığı ləğv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291937-yüzlərlə_bəhreynlinin_vətəndaşlığı_ləğv_edilib
Ali-Xəlifə rejimi 2012-ci ildən 2017-ci ilin sonuna qədər 594 bəhreynlinin vətəndaşlığını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2018 09:10 Asia/Baku
  • Yüzlərlə bəhreynlinin vətəndaşlığı ləğv edilib
    Yüzlərlə bəhreynlinin vətəndaşlığı ləğv edilib

Ali-Xəlifə rejimi 2012-ci ildən 2017-ci ilin sonuna qədər 594 bəhreynlinin vətəndaşlığını ləğv edib.

Əl-Kövsər televiziyasının məlumatına görə, Bəhreyn parlamentinin sabiq deputatı və əl-Vifaq cəmiyyətinin üzvü Cavad Firuz Ali-Xəlifə rejimi tərəfindən bəhreynlilərin vətəndaşlığının ləğv olunmasını ictimai ölüm mənasında qiymətləndirib və deyib: Bu rejim müxalifəti repressiya etmək və onları incitmək üçün vətəndaşlığı ləğv etməkdən silah kimi istifadə edir. 

Əl-Vifaq cəmiyyətinin vətəndaşlığı ləğv olunan üzvü beynəlxalq ictimaiyyətin Bəhreyndə vətəndaşlığın ləğv edilməsi prosesinin durdurulması və onların vətəndaşlığının qaytarılması üzrə praktiki addım atmasının vacibliyini qeyd edib və deyib: Hal-hazırda 90% bəhreynli fəal, o cümlədən jurnalistlər, sosial-ictimai şəbəkələrin aktivləri, hüquq və siyasi şəxsiyyətlərin ölkədən çıxmasına qadağa qoyulub. 

Qərbi Asiyanın kiçik ölkəsi olan Bəhreyn 2011-ci il fevral ayından azadlıq və ədalətin bərpa olunması və seçilmiş siyasi sistemin iqtidara gəlməsi üzrə dinc ictimai etirazların şahididir.