Yan 12, 2018 19:19 Asia/Baku
  • N.Berri: Bəziləri Livan parlament seçkilərinin keçirilməsini istəmirlər
    N.Berri: Bəziləri Livan parlament seçkilərinin keçirilməsini istəmirlər

Livan parlamentinin sədri Nəbih Berri deyib ki, ixtiyarında olan informasiyalar Livanın daxili və xaricindəki bəzi tərəflərin bu ölkədə parlament seçkilərinin keçirilməsini istəmədiklərini göstərir.

Nəbih Berri Livanda parlament seçkilərinin keçirilməsilə müxalif olan şəxslərin mahiyyəti barədə daha artıq izahat verməyib.

Livan parlament seçkiləri 2018-ci il mayın altısında keçiriləcək. Son günlər Livanın siyasi və media mühitində xüsusən seçicilərin elektron kartları üstündəki ixtilafa görə, seçkilərin təxirə salınması ehtimalı və parlament seçkiləri qanununun islahı zərurəti barədə zümzümələr eşidilir.

Nəbih Berri xəbərdarlıq edib ki, seçki məcəlləsinin islahı barədə hər cür bəhs seçkilərin təyin olunmuş zamanda keçirilməsinin ləğv edilməsinə bais ola bilər.

Livan məclisinin hazırkı üzvləri indiyədək üç dəfə müxtəlif bəhanələrlə öz nümayəndəlik dövrlərini uzadıb və seçkilərin keçirilməsi vaxtını təxirə salıblar.

Teqlər