Ənsarullah: BMT Yəmən böhranı barədə siyasətini dəyişməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292165-Ənsarullah_bmt_yəmən_böhranı_barədə_siyasətini_dəyişməlidir
Yəmən Ənsarullahının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti deyib: BMT Yəmən böhranına münasibətini dəyişməyincə bu ölkə böhranının həlli istiqamətindəki səylər səmərəsiz olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2018 08:19 Asia/Baku
  • Ənsarullah: BMT Yəmən böhranı barədə siyasətini dəyişməlidir
    Ənsarullah: BMT Yəmən böhranı barədə siyasətini dəyişməlidir

Yəmən Ənsarullahının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti deyib: BMT Yəmən böhranına münasibətini dəyişməyincə bu ölkə böhranının həlli istiqamətindəki səylər səmərəsiz olacaq.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Əl-Bəxiti BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əşşeyxin müavini Müin Şərimin Yəmənə bu günkü səfərinə toxunaraq deyib: Birləşmiş Millətlər Təşkilatı Yəməndəki siyasi tərəfləri yeni keçid hökumətinin yaradılmasına çağırmalıdır. 

Yəmən Ənsarullahının siyasi şurasının üzvü Səudiyyə Ərəbistanının təcavüzkar əməliyyatlarının güclənməsi və Yəmən şəhərlərinə qarşı bombardımanların artırılmasının Ali-Səud rejiminin Yəmən Ordusu və Xalq qüvvələri qarşısındakı acizliyindən mənşə aldığını bildirib və yəmənlilərin öz ölkələrini bundan sonra da müdafiə edəcəklərini vurğulayıb.