Təl-Əvivdə Netanyahu əleyhinə aksiya
İşğal edilmiş Fələstində minlərlə nəfər şənbə günü axşam Təl-Əvivdə aksiya keçirərək, baş nazir Benyamin Netanyahunun korrupsiyalarına qarşı öz etirazını bildirib. Bu Netanyahu əleyhinə keçirilən 6-cı böyük etiraz aksiyasıdır.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, narazı kütlə Netanyahu və onun korrupsioner nazirlər kabinetinin istefaya göndərilməsini tələb edib.
İsrailin baş naziri Benyamin Netanyahu ötən həftələrdə bir neçə dəfə polis tərəfindən istintaqa cəlb edilərək, dindirilib.
Netanyahu 3 korrupsiya işində ittiham edilir. Birincisi, varlı iş adamları və sərmayə sahiblərindən rüşvət almaqda ittiham edilir. Ona qarşı irəli sürülən ikinci ittiham İsraildə çıxan "Yadiot Aharonot" qəzetinin sahibi ilə onun nazirlər kabineti ilə bağlı xəbərləri geniş formada işıqlandırması üçün gizli şəkildə anlaşmasıdır.
Netanyahunun ittiham edildiyi 3-cü korrupsiya işi Almaniyadan atom sualtı qayıqlarının alınması zamanı maxanasiyaya yol verilməsidir.
Netanyahuya qarşı irəli sürülən bu 3 ittihamla bağlı istintaqın nəticəsi qrşıdan gələn həftələr ərzində elan edilməlidir.