Livanın Seyda şəhərində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292319-livanın_seyda_şəhərində_partlayış
Livan mediaları bu gün ölkənin Seydə şəhərində, Bustanül-Kəbir məntəqəsində partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 13:17 Asia/Baku
  • Livanın Seyda şəhərində partlayış
    Livanın Seyda şəhərində partlayış

Livan mediaları bu gün ölkənin Seydə şəhərində, Bustanül-Kəbir məntəqəsində partlayışın baş verməsindən xəbər veriblər.

Əl-Cədid telekanalının verdiyi məlumata görə, Seyda şəhərinin Bustanül-Kəbir məntəqəsində bomba quraşdırılmış bir avtomobil partladılıb. Bu terror hücumunda fələstinli bir şəxsin hədəfə alındığı ehtimal olunur.

Əl-Məyadin İnformasiya kanalının verdiyi məlumata görə, partlayıcı qurğunun  yerləşdirildiyi avtomobil Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın üzvlərindən olan Məhəmməd Həmdana məxsus olub. Məhəmməd Həmdan bu hadisədə xəsarət alıb.

Livan mənbələri partlayışın avtomobilə yerləşdirilmiş bir partlayıcı qurğu vasitəsi ilə həyata keçirildiyini bildiriblər.