Seyda partlayışında İsrailin rolu
Yan 14, 2018 21:33 Asia/Baku
Fələstin İslami Müqavimət Hərəkatı Həmas bir bəyanat yayaraq, Livanın Seyda qəsəbəsində törədilən terror aktında İsrailin rolu ilə bağlı faktların olduğunu bildirib.
Livanın təhlükəsizlik mənbələri bu gün Həmas-ın rəhbər üzvlərindən olan Məhəmməd Həmdan və qardaşı Üsamə Həmdanın Livanın Seyda şəhərində avtamabillərinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində xəsarət aldıqlarını bildirib.
Üsamə Həmdan Həmas-ın Siysi Bürosunun üzvü, bu hərəkatın beynəlxalq məsələlər üzrə məsul şəxsi və Həmas-ın Livandakı nümayəndəsidir.