Yan 15, 2018 11:39 Asia/Baku
  • Fələstinlilərin Trampa qarşı aksiyaları davam edir
    Fələstinlilərin Trampa qarşı aksiyaları davam edir

ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı tanımasından 6 həftə keçsə də, işğal olunmuş ərazilərdə fələstinlilər bu qərara qarşı etirazlarını hələ də davam etdirirlər.

Press TV-nin verdiyi məlumata görə, ən son anti-ABŞ aksiya Nəbi Saleh kəndində keçirilib. Sionist rejim hərbçiləri bu kəndi qapalı hərbi zona elan edərək kəndin girişlərində maneələr quraşdırsalar da, bu aksiya baş tutub. 

Bəzi jurnalistlər uzaq yol qət edərək sionistlərin mühasirəsini keçə bilib və özlərini Bəni Saleh kəndinə çatdırıblar. Bu aksiyada yüzlərlə fələstinli fəal və siyasi qrupların nümyəndələri iştirak ediblər. 

Fəth İnqilab Şurasının üzvü Məhəmməd Əl-Ləham deyib: Fələstinlilərin əllərində ölümcül silahlar yoxdur, amma işğalçılara qarşı müqavimət üçün sarsılmaz iradəyə malikdirlər. Bu gün Trampın qərarından altı həftə ötür və xalq hələ də Qüdsü müdafiə üçün aksiyaları davam etdirir. 

Aksiyada 16 yaşlı yeniyetmə qız Əhəd Təmimi və onun anasına da dəstək nümayiş etdirilib. Əhəd qanuni icazə olmadan onun ailəsinin ərazilərinə daxil olmuş sionist hərbçini şillələmişdi və sonra sionist əsgərlər onu və anasını həbs etmişdilər. 

Əhədin atası Basim Təmimi deyib: Bu gün bütün fələstinlilər sionistlərlə qarşıdurmanın müxtəlif formalarda həyata keçirilə biləcəyi barədə razılaşıblar. Bu yollardan biri qızımın seçdiyi yol idi. O sionist əsgəri şillələdi. Etiraz aksiyalarının keçirilməsi və birbaşa qarşıdurmalar da başqa yollardan biridir. Bu Fələstin rəhbərlərinə mesajdır ki, bu yolla işğalçı düşmənə qələbə çalmaq olar. 

Fələstinli fəal Məhəmməd Əl-Xətib də deyib: Bu aksiya amerikanların Qüds barədə qərarlarına qarşı və Nəbi Saleh kəndi əhalisi və Təmimi ailəsinə dəstək üçün keçirilib. Bu ailənin bir çox üzvləri israillilərlə mübarizədə şəhid olublar və bir çoxu da sionist rejimin həbsxanalarındadırlar, onların fədakarlıqları nəticəsiz qalmayacaq. 

Etirazçı fələstinlilər sionist rejim hərbçilərinin yerləşdikləri kəndin giriş nöqtələrində aksiya keçiriblər. Aksiyaçılar işğalçı qüvvələri daşa basıblar və sionistlər də gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Bir neçə nəfər gözyaşardıcı qaz nəticəsində tənəffüs problemləri yaşayıb. 

Teqlər