İraq paytaxtında partlayış
Yan 15, 2018 12:23 Asia/Baku
-
İraq paytaxtında partlayış
Bağdadda 2 terror aktında 87 nəfər ölüb və yaralanıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın təhlükəsizlik mənbəyi bildirib ki, bu iki partlayış bu gün Bağdadın uçuş meydanında baş verib.
Əl-Aləm telekanalı Bağdadda törədilən iki partlayışda ölənlərin sayının 21 nəfər olduğunu bildirib. Partlayışlarda 66 nəfər də yaralanıb.
İraqın Şəfəq Nyus portalı aktların kamikadzelər tərəfindən törədildiyini bildirərək yazıb: Kamikadzelər eyni zamanda meydanda toplaşan fəhlələr arasına girərək özlərini partladıblar.
Bu məlumata görə, bəzi yaralıların durumu ağırdır.
Ötən şənbə günündə də Bağdadın Ədən meydanında baş verən terror aktında 3 nəfər öldü, 9 nəfər yaralandı.