Bəhreyn insan haqları cəmiyyətinin nigarançılığı
Bəhreyn insan haqları cəmiyyəti naməlum məkanda həbsdə olan on beş bəhreynlinin taleyindən nigarançılıq edib.
Bəhreyn insan haqları cəmiyyəti dünən bildirib ki, Əldiraz, Əldir, Səmahic, Əlnəim, Cərdab və Biladi Qədim məntəqələrindən olan on beş bəhreynli bir aydan çoxdur ki, Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri tərəfindən həbs olunduqdan sonra naməlum məkanda saxlanılır və onların taleyi barədə məlumat yoxdur.
Bəhreyn insan haqları cəmiyyəti qeyd edib ki, son aylar ərzində Bəhreyndə məhbusların taleyi və saxlanıldıqları məkanı məlum olmayan hallar artıbdır.
Bu hüquqi cəmiyyət bildirib ki, Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri həmçinin məhbus ailələrinin onların vəziyyəti və taleyindən xəbər tutmalarına mane olaraq, bu ailələrə qarşı daha artıq təzyiq göstərmək niyyətindədirlər.
Ali-Xəlifə rejimi məhkəməsi bazar ertəsi günü altı bəhreynli gənci Bəhreynin təhlükəsizliyinə qarşı hərəkət kimi puç ittihamla iki ildən beş ilədək həbsə məhkum etdi.
Bəhreyn hərbi tribunalının bu ədalətsiz hökmünün ardınca dünən bu ölkə vətəndaşlarından bir qrupu küçələrə çıxaraq, aksiya keçiribdir.
Bəhreyn 2011-ci ilin fevralından Ali-Xəlifə rejiminə qarşı dinc etirazlar səhnəsidir. Bəhreynlilər öz ölkələrində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülüməsi və seçilmiş bir dövlətin hakimiyyətə gəlməsini istəyirlər.