Yan 19, 2018 09:45 Asia/Baku
  • 200 ton dərman preparatı və tibbi vasitə Yəmənə daxil olub

Ümumdünya Səhiyyə Təşkilatı cümə axşamı günü bir bəyanatda bildirib: 200 ton dərman preparatı və tibbi vasitə Yəmənə daxil olub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, 200 ton dərman preparatı və tibbi vasitə bu həftə BMT-yə məxsus 4 ədəd təyyarə vasitəsi ilə Yəmənə daxil olub. 

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına əsasən, 4 təyyarədə əsaslı dərman preparatları, o cümlədən insulin, anti-biotik, vaksin və zəruri tibbi vasitələr vardır. 

Beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in hesabatlarına əsasən, Yəməndə insan durumu faciəvidir. Milyonlarla insan təcili köməklərə ehtiyaclıdır. 

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından Yəmənə təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi indiyə qədər on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Bu təcavüz nəticəsində Yəmən ərzaq məhsulları və dərman preparatlarının ciddi çatışmazlığı ilə üzləşib. 

Teqlər