Ədəndə məscidin imamı terror edilib
Yan 19, 2018 12:46 Asia/Baku
Yəməndə yerli qaynaqlar Ədən şəhərində bir məscidin imam camaatının naməlum şəxslər tərəfindən terror edilməsindən xəbər veriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, naməlum şəxslər dünən axşam Ədən şəhərində Ənma rayonunda Əl-Adil məscidinin imam camaatını terror ediblər.
Bu Ədəndə məscid imamlarının 18-ci terrorudur. Məlumatlara görə Ədəndə terror edilmiş imam camaatların hamısı Birləşmiş Ərəb Əmirliklərinin sələfi cərəyanına qarşı olanlar olublar.