Seyid Həsən Nəsrullah ölkələrin "İsrail"lə əlaqələrdən çəkinmələrinin vacibliyini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292861-seyid_həsən_nəsrullah_ölkələrin_İsrail_lə_əlaqələrdən_çəkinmələrinin_vacibliyini_vurğulayıb
Livan Hizbullahının baş katibi bütün ölkələrin sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 17:56 Asia/Baku
  • Seyid Həsən Nəsrullah ölkələrin

Livan Hizbullahının baş katibi bütün ölkələrin sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinmələrini istəyib.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Beyrutun-Cənub ətrafında Qünəytrə şəhidlərinin anım mərasimi ilə video-konfrans vasitəsi ilə çıxışında deyib: Sionist rejimlə hər hansı əlaqədən çəkinmək ərəb ölkələri birliyinin önəmli qərarlarındandır. lakin bəzi ərəb hakimləri onu icra etmirlər.

Seyid Həsən Nəsrullah bildirib: Livan sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinməyə sadiqdir. Bu ölkə xalqı işğalçılarla münasibətləri normallaşdırmağa tolerantlıqla baxmır.

Livan Hizbullahının baş katibi Qünəytrə şəhidlərinin xatirəsini yad edərək deyib: Müqavimət mübarizlərinin şücaəti olmasaydı, Livanın hazırkı təhlükəsizlik və stabilliyi olmazdı.

Livan Hizbullahının baş katibi həmçinin İraq və Suriyada "İŞİD-in qayıdışının qarşısının alınması" adı altında amerikalı qüvvələrin qalması haqda ABŞ rəsmilərinin son mövqelərini tənqid edərək onu ABŞ-ın ikiüzlülüyü adlandırıb.