Ər-Riyadın "11 Sentyabr" işinə baxan məhkəmə hakimindən istəyi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292903-Ər_riyadın_11_sentyabr_işinə_baxan_məhkəmə_hakimindən_istəyi
İnformsiya qaynaqları Ərəbistanın amerikalı məhkəmə hakimindən 11 sentyabr hadisəsində Ərəbistan əleyhinə şikayətləri rədd etməsini istəməsini ifşa ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 07:08 Asia/Baku
  • Ər-Riyadın
    Ər-Riyadın "11 Sentyabr" işinə baxan məhkəmə hakimindən istəyi

İnformsiya qaynaqları Ərəbistanın amerikalı məhkəmə hakimindən 11 sentyabr hadisəsində Ərəbistan əleyhinə şikayətləri rədd etməsini istəməsini ifşa ediblər.

Əl-Cəzirə kanalının verdiyi məlumata görə, Bloomberg internet portalı bu barədə yazıb: Ər-Riyad 11 Sentyabr işini araşdıran amerikalı məhkəmə hakimindən 2001-ci ilin 11 sentyabrında Amerikada törədilən terror hücumunu təşkil edənlərin Ərəbistan tərəfindən himayə edilməsi məsələsinin araşdırılmasını istəyən şikayətə baxmamasını istəyib. Ərəbistan hökumətinin vəkili bu xüsusda deyib: ABŞ-ın Federal Tədqiqatlar Bürosu və Mərkəzi İnformasiya Agentliyi indiyə kimi Ərəbistanın 11 sentyabr terrorçularını himayə etməsi ilə bağlı hansısa tutarlı dəlil təqdim edə bilməyiblər. Amma, 11 Sentyabr hadisəsi qurbanlarının vəkili deyir: Ərəbistan bir xeyriyyə müəssisəsi vasitəsi ilə terrorçuları maliyyələşdirib.