Yan 20, 2018 18:01 Asia/Baku
  • Suriya ordusu Əbu Zhur hərbi aeroportuna daxil oldu
    Suriya ordusu Əbu Zhur hərbi aeroportuna daxil oldu

Suriya ordusu İdlib vilayətinin cənub və cənub-şərq istiqamətindəki hərbi əməliyyatlarının davamında Əbu Zhur hərbi aeroportuna nəzarəti təmin etməyi bacarıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələr şənbə günü Hələb vilayətinin cənubunda yerləşən Qəytəl sərhəd kəndini terrorçulardan azad etdikdən sonra, Əbu Zhur hərbi aeroportuna daxil olub.

Bu məlumata görə, Qəytəl kəndinin terrorçulardan təmizlənməsi ilə Suriya ordusu və müttəfiq qüvvələrin Əbu Zhur hərbi aeroportuna girişini önləyəcək heç bir maneə qalmayıb.

Suriya ordusu və müttəfiq qüvvələrin İdlibin cənub-şərqində, Həma vilayətinin şimalında və Hələbin cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar 3 oktyabr 2017-ci il tarixindən başlanıb. İndiyə kimi Suriya ordusu və müttəfiq qüvvələr hər üç vilayətdə onlarla kəndi azad ediblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İdlibin cənub və cənub-şərq hissələri hazırda ordu və müttəfiq qüvvələrin nəzarəti altındadır. Silahlı müxaliflər Suriya ordusunun irəliləyişinə mane olmağa çalışsalar da, onların bu cəhdi nəticəsiz qalıb.

Suriya böhranı 2011-ci ildə ABŞ və bəzi Ərəb və Qərb dövlətləri tərəfindən himayə olunan terrorçuların bu ölkəyə hücum etməsi ilə başlandı. Amma, Suriyada qanuni hökuməti devirmək üzrə bütün cəhdlər uğursuz alnıb. Suriya xalqı və müqavimət qüvvələrinin səyləri ilə bu gün Suriya terrorçular üzərində tam qələbə çalmaq ərəfəsindədir.

Teqlər