Yan 21, 2018 12:20 Asia/Baku
  • Təl-Əvivdə Netanyahu əleyhinə aksiyalar davam edir
    Təl-Əvivdə Netanyahu əleyhinə aksiyalar davam edir

Minlərlə israilli şənbə günü axşam paytaxt Təl-Əvivdə aksiya keçirərək, baş nazir Benyamin Netanyahunun rüşvətxorluğu və korrupsionerliyinə etiraz edib.

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları İsrailin baş nazirinin korrupsiya işi ilə bağlı aparılan istintaqın sürətləndirilməsi, onun mühakimə olunması və cəzalandırılmasını istəyiblər. 

Aksiya iştirakçıları həmçinin Netanyahu və onun ailəsi barəsində "Rüşvətxor" deyə şüar veriblər. 

Artıq 8 həftədir ki, Təl-Əvivdə ardıcıl olaraq Netanyahu əleyhinə etiraz aksiyası keçirilir. 

İsrailin baş naziri Benyamin Netanyahu 3 korrupsiya işində ittiham edilir: "Varlı iş adamlarından bahalı hədiyyələr almaq, Nazirlər Kabineti ilə bağlı xəbərlərin işıqlandırılması manapoliyasının "Yadiot Aharonot" qəzetinə verilməsi və bu qəzetin rəqibi olan "İsrail Home" qəzeti üçün məhdudiyyətlərin yaradılması ilə bağlı gizli anlaşma, habelə, Almaniyadan sualtı qayığın alınmasında rüşvətin alınması". 

Teqlər