Yəmən Ərəbistanın cənubuna bir ədəd ballistik raket atıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293023-yəmən_Ərəbistanın_cənubuna_bir_ədəd_ballistik_raket_atıb
Yəmən Ənsarullah Hərəkatının raket bölməsi Ərəbistan ordusunun bu ölkənin cənubunda, Nəcran məntəqəsində yerləşən hərbi bazasını bir ədəd ballistik raket ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2018 11:40 Asia/Baku
  • Yəmən Ərəbistanın cənubuna bir ədəd ballistik raket atıb
    Yəmən Ərəbistanın cənubuna bir ədəd ballistik raket atıb

Yəmən Ənsarullah Hərəkatının raket bölməsi Ərəbistan ordusunun bu ölkənin cənubunda, Nəcran məntəqəsində yerləşən hərbi bazasını bir ədəd ballistik raket ilə hədəfə alıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatı şənbə günü gecə bir bəyanat yayaraq, Ərəbistanın cənubuna bir ədəd qısa mənzilli ballistik raket atdığını bildirib.

Ərəbistan mediaları isə bu ölkənin hava hücumundan müdafiə (HHM) sisteminin Yəmənin Ənsarullah Hərəkatının Nəcran istiqamətində atdığı ballistik raketi vuraraq, məhv etdiyini bildiriblər.

Bu, ötən bir ayda Yəməndən Ərəbistan istiqamətində atılan 5-ci ballistik raketdir.