Yan 21, 2018 16:44 Asia/Baku
  • Ərəbistanın xarici işlər naziri bir daha İran əleyhinə əsassız iddialar irəli sürüb
    Ərəbistanın xarici işlər naziri bir daha İran əleyhinə əsassız iddialar irəli sürüb

Ərəbistanın xarici işlər naziri İran əleyhinə əsassız iddialarını təkrar edərək, deyib: İran Yəmən Husilərinə qaçaq yolla silah və raket göndərməklə, Ərəbistana qarşı təcavüzlərini davam etdirir.

Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr Ər-Riyadın istəyi əsasında Yəmənin Ənsarullah hərəkatının Ərəbistana olan son raket hücumlarının araşdırılması məqsədi ilə İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin bazar günü Ciddə şəhərində keçirilən iclasında deyib: İranın Yəmən Ənsarullahını maliyyələşdirməsi və silahlandırmasını önləmək lazımdır.

İran İslam Respublikası Ərəbistanın Yəmənə olan hərbi müdaxiləsi dəfələrlə tənqid edərək, Ərəbistanın İrana qarşı əsassız iddialarını təkrarlamaqla, yol verdiyi çirkin cinayətlərin məsuliyyətindən xilas ola bilməyəcəyini deyib.

İran davamlı olaraq Yəmən böhranı üçün hərbi həll yolunun olmadığını vurğulayaraq, bu müharibənin sonlandırılması üçün var gücü ilə çalışacağını bildirir.

Teqlər