Ərəbistanın Yəmənə hücumları davam edir \ 27 mülki həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293293-Ərəbistanın_yəmənə_hücumları_davam_edir_27_mülki_həlak_olub
Ötən çərşənbə axşamı Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətinə olan hücumları zamanı 22 mülki həyatını itirib. Bir qrup insan da yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2018 06:32 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir \ 27 mülki həlak olub

Ötən çərşənbə axşamı Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətinə olan hücumları zamanı 22 mülki həyatını itirib. Bir qrup insan da yaralanıb.

İRNA-nın məlumatına görə, Ali-Səud qırıcıları çərşənbə axşamı Yəmənin Sədə vilayətində yerləşən Al-Əli məntəqəsini bombalayıblar. Nəticədə uşaq və qadınlar da daxil olmaqla 9 mülki həlak olub.

Ərəbistan qırıcıları çərşənbə axşamı Yəmənin Hədidə vilayətinin beynəlxalq hava limanını da bombalayıblar. 

Ərəbistan rejimi ABŞ-ın birbaşa dəstəyi və himayəsi altında artıq 3 ildir ki, Yəmən xalqını amansız şəkildə qırğın edir. Buna baxmayaraq, hələ də Yəmən xalqını öz istəkləri qarşısında təslim olmağa məcbur edə bilməyib.