Sionistlər Əl-Əqsa məscidinə qarşı böyük yürüşə hazırlaşırlar
Fələstin torpaqlarında sinaqoqların tikilməsi ilə məşğul olan bir qrup ifratçı sionist israilliləri cabah, cümə axşamı Əl-Əqsa məscidinə qarşı böyük yürüşə dəvət edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, bu çağırış onlarla sionist qəsəbə sakini tərəfindən Əl-Əqsa məscidinə hörmətsizliyin edilməsi ilə bir vaxta təsadüf edib.
Daxil olan məlumatlara görə, 43 sionist qəsəbə sakini bu gün Əl-Müğaribə qapısından Əl-Əqsa məscidinə daxil olaraq, məscidin müəyyən hissəsində öz dini ayinlərini icra ediblər.
Qüdsün İslam Vəqfi İdarəsinin informasiya mərkəzinin verdiyi məlumata görə, İsrail rəsmiləri sionistlərin Əl-Əqsa məscidinə hörmətsizlik etməsinin ardınca Əl-Müğaribə qapısını abağlaıblar.
Bu təcavüz aktının ardınca fələstinli namazqılanlar və dini elmlər üzrə təhsil alan tələbələr sionist qəsəbə sakinlərinə müqavimət göstəriblər.
Ötən bazar günü də onlarla sionist qəsəbə sakini İsrail hərbçilərinin himayəsi altında Əl-Əqsa məscidinə daxil olmuş və ərələrə və müsəlmanlara qarşı irqçi və rasist şüarlar vermişdilər.
Əl-Əqsa məscidi Qüds şəhərinin İslam-Ərəb mahiyyətinin ən bariz simvolu olaraq davamlı şəkildə sionistlər tərəfindən hörmətsizliyə məruz qalır.