Mayk Pensin Məscidül-Əqsadakı qıcıqlandırıcı hərəkəti
Məscidül-Əqsanın xətibi ABŞ prezidentinin müavininin bu məscidin ərazisindəki qıcıqlandırıcı hərəkətini pisləyib.
FələstinOnlaynın verdiyi məlumata görə, Məscidül-Əqsanın xətibi şeyx Əkrəmə Səbri dünən ABŞ-ın vitse prezidenti Mayk Pensin Məscidül-Əqsanın qərb divarı( Borraq divarı) ərazisində olmasını dünya müsəlmanlarının hissiyatlarını qıcıqlandırmaq məqsədli hərəkət adlandırıb və bildirib ki, Qüds özünün mələküti mahiyyəti və bütün əraziləri ilə Qüds olaraq qalacaq.
Əkrəmə Səbrinin dediyinə görə, fələstinli və müsəlmanların müxalifəti ilə üzləşən Mayk Pensin bölgəyə səfəri Amerikanın işğalçı İsraili açıq aşkar himayə etməsinin və ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı tanımasına dair qərarına əməli dəstəyin göstəricisi olaraq işğal olunmuş Qüdsə qarşı müharibə elanıdır.