Yəmən ordusu səud koalisiyasının bir ədəd pilotsuzunu məhv edib
-
Yəmən ordusu səud koalisiyasının bir ədəd pilotsuzunu məhv edib
Yəmənin ordu və xalq komitələri qüvvələrinin hava hücumundan müdafiə qüvvələri bu ölkənin mərkəzində yerləşən Marəb vilayətində təcavüzkar səud koalisiyasına aid bir ədəd pilotsuz uçan aparatı(PUA) vurub yerə salıblar.
Yəmən ordusunun raket bölməsi də bu ölkənin paytaxtı Səna şəhərinin doqquzuncu məntəqəsinin şərqində səud muzdurlarının qərargahlarını Zəlzal-2 raketi ilə hədəfə alıb və onları ağır tələfata düçar edibdir.
Yəmənli informasiya mənbələri dünən gecə də bildiriblər ki, Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsinin bu ölkənin cənub-qərbində yerləşən Təiz vilayətinin cənubundakı Əlxiyami bazasına qarşı hücumunda Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin tabeliyində olan otuz beşdən çox hərbçi öldürülüb.
Yəmənin ordu və xalq komitələri qüvvələri ötən milad ilində Ərəbistan ərazisini 45 dəfə raket hücumları hədəfinə alıbdır.