Əfqanıstanda onlarla terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293549-Əfqanıstanda_onlarla_terrorçu_öldürülüb
Əfqanıstan müdafiə nazirliyi ötən sutka ərzində bu ölkənin qüvvələri tərəfindən Əfqanıstanın müxtəlif məntəqələrində keçirilən əməliyyatlarda onlarla terrorçunun, həmçinin Taliban qrupu üzvünün öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2018 06:35 Asia/Baku
  • Əfqanıstanda onlarla terrorçu öldürülüb
    Əfqanıstanda onlarla terrorçu öldürülüb

Əfqanıstan müdafiə nazirliyi ötən sutka ərzində bu ölkənin qüvvələri tərəfindən Əfqanıstanın müxtəlif məntəqələrində keçirilən əməliyyatlarda onlarla terrorçunun, həmçinin Taliban qrupu üzvünün öldürülməsindən xəbər verib.

Əfqanıstan müdafiə nazirliyinin mətbuat bürosu bildirib ki, bu əməliyyatlar Nəngərhar, Konər, Ərzəqan, Zabol, Fərah, Faryab, Bəğlan, Nimruz və Hilmənd vilayətlərində terrorçular və taliblərin mövqelərinə qarşı keçirilibdir ki, nəticədə terrorçular və taliblərdən əlli nəfər ölüb, otuz beş nəfər də yaralanıbdır.

Öldürülmüş ünsürlərin otuz beşi Taliban qrupunun üzvüdür.