Ş.Ə.Salman Ali-Xəlifə məhkəməsini rüsvay etdi
Bəhreyn Əlvifaqi Milli İslami Cəmiyyəti bildirib ki, bu cəmiyyətin baş katibi Şeyx Əli Salmanın məhkəməsinin detalları Ali-Xəlifə rejimi məhkəməsinin aldadıcılığının son nöqtəsini göstərir.
Ali-Xəlifə rejimi məhkəməsi dünən Bəhreyn Əlvifaqi Milli İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın məhkəməsini fevralın 19-da təxirə salıb.
Bəhreyn Əlvifaqi Milli İslami Cəmiyyəti bir müraciətdə məhkəmənin Şeyx Əli Salmanın kəsilmiş söhbətinin səs faylını yaydığını bildirərək, əlavə edib: Bu iclasda məlum oldu ki, Şeyx Əli Salman öz vəkillərinə ünvanladığı 45 vərəqi zindan başçılarına verib, lakin bir aydan çoxdur ki, bu vərəqlər Bəhreyn daxili işlər nazirliyindədir.
Əlvifaq bu mühakimənin dayandırılmasını vurğulayaraq, məhkəməni etik məsuliyyətə sadiq qalmağa çağırıb.
Şeyx Əli Salman 14 fevral Bəhreyn inqilabının ardınca, üç il bundan öncə həbs olunub və dörd il həbsə məhkum edilibdir. Gələn il onun həbs müddəti bitir.
Bəhreyn bu dəfə Qətər üçün casusluq etmək və fitnə törətmək ittihamı ilə Şeyx Əli Salmana qarşı yeni məhkəmə işi açaraq, onun azadlığının və xalq arasına çıxmasının qarşısını almağa çalışır. Xüsusən ona görə ki, qarşıdan Bəhreyn parlament seçkiləri gəlir.