HƏMAS tərəfdarları Xan-Yunusda aksiya keçirdi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın çoxlu sayda tərəfdarı ABŞ prezidentinin işğal olunmuş Qüds haqdakı qərarına qarşı aksiya keçirib.
HƏMAS tərəfdarları cümə namazı qıldıqdan sonra Qəzzə zolağının Xan-Yunus şəhərində keçirilən bu aksiyada iştirak, ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüdsü İsrail rejiminin paytaxı kimi rəsmən tanımasına qarşı olduqlarını elan edib.
HƏMAS-ın rəsmilərindən Həməd əl-Rağib deyib: Tamamilə aydındır ki, ABŞ hökuməti Fələstin vətəndaşlarının əzab-əziyyətlərini artırmaqdadır. Amerikalıların verdikləri bütün qərarlar Fələstin xalqını diz çökdürmək və pulla Fələstin Özünüidarə Təşkilatı ilə alver etmək üçündür. Yəni ABŞ deyir ki, biz Fələstin xalqını dəstəkləyirik. Lakin onlar bu dəstək qarşılığında öz ərazilərindən əl çəkməlidirlər. Buna görə biz Fələstin Özünüidarə Təşkilatından Trampa cavab verməməsini, anlaşma əldə etmək seçimindən geri çəkilməsini, əvəzində Fələstin müqaviməti və Fələstini müdafiə üçün silahlı mübarizəyə qayıtmasını istəyirik.