Livan kürdləri Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293705-livan_kürdləri_türkiyə_səfirliyi_qarşısında_etiraz_aksiyası_keçirdi
Yüzlərlə Livan kürdü Türkiyənin Suriyanın şimalına hücumuna etiraz etmək məqsədilə Türkiyənin Beyrutdakı səfirliyi qarşısına toplaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 10:32 Asia/Baku
  • Livan kürdləri Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirdi
    Livan kürdləri Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirdi

Yüzlərlə Livan kürdü Türkiyənin Suriyanın şimalına hücumuna etiraz etmək məqsədilə Türkiyənin Beyrutdakı səfirliyi qarşısına toplaşıb.

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları şüarlar səsləndirərək və əllərində plakatlar tutaraq Türkiyənin Suriyanın şimalında Afrin şəhərinə hərbi hücumunu qınayıblar.

Livanda bəzi kürd qruplar və fəalların dəvəti əsasında baş tutan bu aksiyada Türkiyə ordusunun Suriyanın şimalına hücumunun dayandırılması vurğulanıb.

Türkiyə ordusu Suriyanın şimalında Afrin şəhərinə hərbi əməliyyatı 20 yanvarda başlayıb.

Bundan öncə Suriya hökuməti Türkiyə ordusunun Afrin şəhərindəki əməliyyatını təcavüz, Suriyanın ərazi bütövlüyünün pozulması adlandırıb və onu qınayıb.