Bəhreyn xalqı Ali-Xəlifə rejimi əleyhinə aksiyaları davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293709-bəhreyn_xalqı_ali_xəlifə_rejimi_əleyhinə_aksiyaları_davam_etdirir
Bəhreyn vətəndaşları nüfuzlu ruhani Şeyx İsa Qasimin mənzilinin mühasirəsinin pislənilməsi istiqamətində ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejimi əleyhinə aksiyalar təşkil ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 12:02 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifə rejimi əleyhinə aksiyaları davam etdirir
    Bəhreyn xalqı Ali-Xəlifə rejimi əleyhinə aksiyaları davam etdirir

Bəhreyn vətəndaşları nüfuzlu ruhani Şeyx İsa Qasimin mənzilinin mühasirəsinin pislənilməsi istiqamətində ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejimi əleyhinə aksiyalar təşkil ediblər.

İRNA-nın bəhreynli fəallara istinadla verdiyi məlumata görə, Bəhreyn vətəndaşları ötən gün günortadan sonra müxtəlif bölgələrdə, o cümlədən paytaxt Manama şəhərində Şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər.

Bəhreynli aksiyaçılar Şeyx İsa Qasimin mənzilinin mühasirəsinə son qoyulmasını vurğulayıblar.

Bu arada Ali-Xəlifə rejimi hərbçiləri 80-ci həftə ardıcıl olaraq Bəhreyn şiələrinin nüfuzlu ruhani Şeyx İsa Qasimin yaşadığı məkan Əd-Duraz məhəlləsində cümə namazı qılmasına mane olublar.

Ali-Xəlifə rejiminin bu hərəkəti ardınca, Əd-Durazda rejim əleyhinə irimiqyaslı aksiya keçirilib.

Ali-Xəlifə rejimi 2016-cı ildə Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etməklə onun yaşadığı məkanı mühasirəyə alıb.

Həmin zamandan Bəhreyn gəncləri alimlərin rəhbərliyi ilə Əd-Duraz məhəlləsində Şeyx İsa Qasimin mənzili ətrafında onu müdafiə məqsədilə aksiya keçiriblər.

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Bəhreyn vətəndaşları azadlıq, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin yaranmasını istəyirlər.