Yəməndə insan faciəsi haqda xəbərdarlıq
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Aypara Cəmiyyəti Beynəlxalq Federasiyasının rəhbəri xəbərdarlıq edib: Yəmənin mühasirəsi bu ölkədə insan durumunu ağırlaşdırıb.
İRİB-in məlumatına görə, Françesko Roka bildirib: Yəməndə ərzaq maddələrinin kəskin şəkildə çatışmazlığı, dəhşətli yoluxucu xəstəliklərin analoqu olmayan şəkildə yayılması bir çox yəmənlini, xüsusilə də uşaqları ölüm təhlükəsi ilə üzləşdirib.
Roka deyib: Yəməndə insan durumu çox böhranlı və acınacaqlıdır. Bu ölkənin mühasirəsinin davam etməsi milyonlarla nəfəri aclıq və yoxsulluqla üzləşdirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinin bombardmanını davam etdirməsi Yəmənin infrastrukturları, səhiyyə sistemini məhv edib, bu ölkəyə xidmətləri ciddi problemlərlə üzləşdirib.