B.Əsəd: Ben-Qurion hava limanını hədəfə alacağıq
Yan 29, 2018 08:24 Asia/Baku
-
B.Əsəd: Ben-Qurion hava limanını hədəfə alacağıq
Suriya prezidenti Bəşşar Əsəd kəskin bir müraciətdə sionist rejimi təhdid edibdir ki, əgər bu rejimin hərbi təyyarələri bir daha Suriya ərazisini hədəfə alarlarsa, suriyalı qüvvələr Təl-Əvivdə yerləşən Ben Quryon hava limanını "Skad" raketlərilə hədəfə alacaqlar.
Bəşşar Əsəd bu müraciəti Rusiya prezidenti Vladimir Putinə deyib və ondan istəyibdir ki, həmin mesajı fevralın əvvəllərində Moskvada onunla görüşməli olan sionist rejimin baş naziri Benyamin Netanyahuya çatdırsın.
Sionist rejimin baş nazirinin ofisi bildiribdir ki, qərar üzrə sionist rejimin baş naziri Benyamin Netanyahu sabah Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi, lakin bu görüş fevralın əvvəllərinədək təxirə salınıbdır.
Teqlər