Bəhreyndə Ş.İ.Qasimin həbsi və vətəndaşlığının ləğvi hökmü təsdiq olunub
Bəhreyn apellyasiya məhkəməsi bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin birillik həbsi və vətəndaşlığının ləğvi hökmünü təsdiq edib.
Ali-Xəlifənin Şeyx İsa Qasimə qarşı bu hərəkəti elə bir halda həyata keçirilib ki, insan haqları təşkilatları bu rejimdən Bəhreyn şiələrinin bu din xadiminin müalicə prosesinin adi şəraitdə və heç bir təzyiq olmadan həyata keçirilməsinə icazə verməsini istəyiblər.
Son zamanlar cərrahiyyə əməliyyatı keçirmiş Şeyx İsa Qasim təqribən iki ay bundan öncə yenidən icbari qeydiyyat altında qərar tapıb.
Ali-Xəlifə rejimi Şeyx İsa Qasimi mühakimə və onun vətəndaşlığını ləğv etməklə 2016-ci ilin iyun ayından bu ruhaninin yaşayış məkanı olan Əlduraz məntəqəsini mühasirə edibdir.
Digər bir xəbərə görə, Ali-Xəlifə rejiminin tabeliyində olan məhkəmə Bəhreyndə insan haqları fəalı olan şiə gənc- Mahir Əlxəbbazı polis qüvvələrindən birinin qətlində iştirak kimi puç ittihamla edama məhkum edibdir.
Mahir Əlxəbbaz neçə ildir ki, Ali-Xəlifəinin məhbəslərində müxtəlif işgəncələrə məruz qalır.
Bəhreyn rejimi ötən altı ildə on bir mindən çox bəhreynlini puç ittihamlarla həbs edib və bir qrup bəhreynlini də vətəndaşlıqdan məhrum edərək, bu ölkədən çıxarıbdır.
Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq etirazları səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir dövlətin hakimiyyətə gəlməsini istəyir.