Ərəbistanın Yəməndə yeni cinayəti
Yan 30, 2018 09:16 Asia/Baku
-
Ərəbistanın Yəməndə yeni cinayəti
Səud qırıcılarının dünən gecə Yəmənin şimalındakı Səədə vilayətində yerləşən Razəh sərhəd rayonunun "Bəni Muin" məhəlləsinə qarşı hücumlarında bir yəmənli ailənin beş üzvü şəhid olub.
Yəmənin Təiz vilayətinin Əlsəlu rayonunun bəzi hissələri də dünən altı dəfə səud qırıcılarının hədəfinə çevrilib.
Yəmənin təhlükəsizlik mənbələrinin sözlərinə görə, bu hücumlarla bir vaxtda Ərəbistanın tabeliyində olan muzdur qüvvələr də katyuşa ilə Təizdəki Əlhuban məntəqəsinə hücum ediblər. Hələ bu hücum nəticəsində ehtimal olunan insan tələfatı və maddi xəsarətlər haqda bir məlumat yayılmayıbdır.
Belə bir halda, dünən gecə Səədə vilayətinin "Minbəh" rayonunda səud təcavüzkarlarından qalmış bombanın partlaması nəticəsində bir yəmənli uşaq dünyasını dəyişib.