Ş.İ.Qasimin mənzilinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
Bəhreynin tanınmış din xadimi Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunması və birillik həbsi barədəki hökmün təsdiqlənməsindən bir günün keçməsilə bu ölkənin xəfiyyə qüvvələri onun Manamanın Əlduraz məntəqəsindəki mənzilini mühasirə ediblər.
Bəhreyn ali məhkəməsinin hökmündə deyilir ki, Şeyx İsa Qasimə qarşı birillik şərti cəza və onun məhkəmə işinin müttəhimləri və onun ofisinin iki işçisinin məhkum edildikləri nağd cərimə təsdiq olunub. Şeyx İsa Qasimin əmlakı da müsadirə olunubdur.
Ali-Xəlifənin Şeyx İsa Qasimə qarşı bu hərəkəti elə bir halda həyata keçirilibdir ki, insan haqları təşkilatları bu rejimdən bu şiə ruhaninin müalicəsinin adi şəraitdə və heç bir təzyiq olmadan aparılmasını istəmişdilər. Şeyx İsa Qasim son zamanlar cərrahiyyə əməliyyatı keçiribdir.