Yan 31, 2018 19:34 Asia/Baku
  • Onlarla bəhreynliyə edam, həbs və vətəndaşlığın ləğvi hökmü verildi

Bəhreynin Cinayət Məhkəməsi bu gün Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davamında, onlarla vətəndaşı edam və ömürlük həbsə məhkum edib və bir sıra vətəndaşın vətəndaşlığını ləğv edib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Bəhreynin Cinayət Məhkəməsi siyasi ittihamla iki bəhreynli şiə gənci edama məhkum edib. 

Bu məhkəmə həmçinin 57 nəfər əleyhinə ömürlük həbs, eləcə də 47 bəhreynlinin vətəndaşlığının ləğv edilməsinə göstəriş verib. 

Bəhreyn məhkəməsi bu şəxslərin bir bəhreynli polisin qətlində əllərinin olduğunu iddia edir. 

Teqlər