Əl-Kövsər televiziyasının jurnalisti Afrində yaralandı
Yan 31, 2018 16:07 Asia/Baku
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Beynəlxalq əl-Kövsər televiziyasının jurnalisti Suriyanın Afrin bölgəsində yaralanıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Səhib əl-Misri Afrin bölgəsində Türkiyə hərbçilərinin atəş açması nəticəsində yaralanıb.
Türkiyə ordusu 20 yanvardan Suriyanın şimalında Afrin şəhərində Zeytun Budağı əməliyyatına başlayıb.
Teqlər