İdlibin cənub-şərqində 7 kənd azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294187-İdlibin_cənub_şərqində_7_kənd_azad_edilib
Suriya ordusu və müttəfiq qüvvələr ölkənin şimal-qərbində İdlib vilayətində 7 kəndi terrorçuların işğalından azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 16:18 Asia/Baku
  • İdlibin cənub-şərqində 7 kənd azad edilib

Suriya ordusu və müttəfiq qüvvələr ölkənin şimal-qərbində İdlib vilayətində 7 kəndi terrorçuların işğalından azad ediblər.

Fars Xəbər Agentliyinin əl-Elam əl-Hərbi İnformasiya Qrupuna istinadla verdiyi məlumata görə, Suriya ordusu və müqavimət qüvvələri bu gün İdlib vilayətinin cənub-şərqində irəliləyişin davamında Ən-Nüsrə Cəbhəsi terrorçuları ilə toqquşub və Təvil əl-həlib kəndinin cənubunda havadan müdafiə mərkəzini azad ediblər.

Bu əməliyyatda müqavimət qüvvələri həmçinin əl-Bəraqisi, Cədidə, Təvil əl-Həlib, əl-Zəhbiyə, əl-Salehiyyə, əl-Əskəriyyə, Məğarə Məzrəə kəndlərini terrorçulardan geri alıblar.