Nasir Əbu-Şərif : Sionist rejimlə qarşılaşmağın yeganə yolu müqavimətdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294227-nasir_Əbu_Şərif_sionist_rejimlə_qarşılaşmağın_yeganə_yolu_müqavimətdir
Fələstin İslami Müqavimət Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Fələstin xalqı sionist rejim ilə qarşılaşmağa qadir olduğuna inanır və ən düzgün yol müqavimətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 09:20 Asia/Baku
  • Nasir Əbu-Şərif : Sionist rejimlə qarşılaşmağın yeganə yolu müqavimətdir
    Nasir Əbu-Şərif : Sionist rejimlə qarşılaşmağın yeganə yolu müqavimətdir

Fələstin İslami Müqavimət Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Fələstin xalqı sionist rejim ilə qarşılaşmağa qadir olduğuna inanır və ən düzgün yol müqavimətdir.

Nasir Əbu-Şərif dünən gecə Məşhəddə Fələstin intifazəsinə dəstək mövzusunda keçirilən tələbə konfransında deyib: İsrail rejiminin ekspansionist planı qarşısında  Fələstini müdafiə Fələstin İslami Müqavimət Hərəkatı üçün böyük fəxrdir. 

Əbu-Şərif deyib: Sionizmini planına qalib gələcək layihə, islam layihəsidir və sionist rejimin ömrü uzun çəkməyəcək. 

Fələstin İslami Müqavimət Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Amerikanın sionist rejimə sonsuz dəstəyi bu rejimi Fələstin xaqlı və regionun digər xalqlarına qarşı ziddiyyətə sürükləyir  və sonunda onların arasında toqquşma qaçılmaz olacaq. 

Əbu-Şərif deyib: Amerikan-sionist planların zərərsizləşdirilməsinin yeganə yolu fələstinlilər arasında vəhdət və həmrəylikdən ibarətdir.