Amerikan qüvvələr İraqdan rədd olsunlar
İraqın Əsaib Əhlül-Həqq hərəkatının baş katibi Qeys Əl-Xəzəli deyib: Amerikan qüvvələr post-İŞİD dövründə İraqın torpaqlarını tərk etməlidirlər.
İraqın Əsaib Əhlül-Həqq hərəkatının baş katibi Qeys Əl-Xəzəli deyib: İraq xalqı Amerikanın dəstək verdiyi İŞİD-i məhv etməyə qadir oldu və bu gün öz yurdunda hərhnası əcnəbi qüvvələrin fəaliyyətinə dözməyəcək.
Əl-Məyadin telekanalına açıqlamasında Əl-Xəzəli deyib: İŞİD-dən sonra İraqdakı ABŞ hərbçilərinin sayı barədə dəqiq məlumat yoxdur, ABŞ İraqda İŞİD qüvvələrinin fəaliyyətini təmin etmək məqsədini güdür, amma bu mümkün olmayacaq. İraq xalqı ABŞ və Fars körfəzi ölkələrinin kəşfiyyat aparatları və Amerikanın milyardlarla dollar maliyyə dəstəyindən faydalanan İŞİD-i məhv edə bildi, İraq xalqı vaxti ilə sayı 100 min nəfərə çatan Amerika hərbçilərinin müqavimətini də məğlub etdi, məhz buna görə də bu gün hərhansı əcnəbi qüvvəni öz torpağında qəbul etməyəcək.