İraqlı rəsmi: İraqın bərpa əməliyyatlarında İrana ehtiyacı var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294261-İraqlı_rəsmi_İraqın_bərpa_əməliyyatlarında_İrana_ehtiyacı_var
İraqın ticarət nazirinin müavini bu gün İranın Məşhəd şəhərində İran və İraq iqtisadi əməkdaşlığın inkişafı üzrə 7-ci dəyirmi masada İraqda təhlükəsizliyin bərqərar olunduğunu vurğulayaraq deyib: İraqın yenidən qurma və iqtisadi inkişaf üçün İrana ehtiyacı var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 16:43 Asia/Baku
  • 
İraqlı rəsmi: İraqın bərpa əməliyyatlarında İrana ehtiyacı var
    İraqlı rəsmi: İraqın bərpa əməliyyatlarında İrana ehtiyacı var

İraqın ticarət nazirinin müavini bu gün İranın Məşhəd şəhərində İran və İraq iqtisadi əməkdaşlığın inkişafı üzrə 7-ci dəyirmi masada İraqda təhlükəsizliyin bərqərar olunduğunu vurğulayaraq deyib: İraqın yenidən qurma və iqtisadi inkişaf üçün İrana ehtiyacı var.

İRNA-nın verdiyi məlumata görə, Həbib Vəlid Əl-Musəvi  İran İslam Respublikasının bir çox sənaye sahələrində inkişaf etmiş ölkə olduğunu bildirərək deyib: Bağdad İraqda iranlı investor və iş adamlarının iştirakını istəyir. 

İraqlı rəsmi İranın terrorçu İŞİD ilə mübarizədə İraqa verdiyi dəstəyə toxunaraq deyib: İran davamlı şəkildə və bütün digər ölkələrdən daha çox İraqa dəstək vermişdir. 

Həbib Vəlid Əl-Musəvi ölkəsinin İranı region üzrə özünün iqtisadi ortağı etmək qərarından xəbər verib.