Qəzzə sakinləri sionist rejimə qarşı aksiya keçiriblər
Yüzlərlə fələstinli dünən gecə Qəzzə zolağının şimalında aksiya keçirərək, sionist rejimin bu zolağa qarşı zalımcasına sanksiyalarına son qoyulmasını və Fələstin milli barışığının reallaşmasını istəyib.
Cəbaliya düşərgəsində əllərində plakatlar tutmuş aksiyaçılar milli birliyə və Fələstin milli barışığının reallaşmasına təkid ediblər.
Aksiyaçılardan biri- Hənyə Əlzəanin deyib: Fələstinlilər buraya toplaşıblar bildirsinlər ki, zalımcasına sanksiyalar və daxili ixtilaflar Qəzzə əhalisinin problemləri və əzab-əziyyətlərinin əsas amilidir.
Hənyə Əlzəanin söyləyib: Qəzzə zolağında elektrik durumu qeyri-qənaətbəxşdir və xəstəxanalar dərman və tibbi ləvazimat çatışmazlığı ilə üzləşirlər və bu amillər dərman xidmətlərinin tədricən dayanmasına səbəb olubdur.
O, əlavə edib: Qəzzə zolağı sakini olan fələstinlilər iş, işıq və suyun təmini, eləcə də əhalinin azad şəkildə gediş-gəlişi və əmtəə mallarının köçürülməsi üçün sərhəd keçidlərinin yenidən açılmasını istəyirlər.
Sionist rejim 2006-cı ildən- Həmas təşkilatının Fələstin parlament seçkilərində qələbə qazanmasından sonra Qəzzə zolağını mühasirəyə alaraq, bu məntəqəyə yanacaq, dərman və tikinti materillarının daxil olmasının qarşını alır ki, bu məsələ də Qəzzə sakinləri üçün çətin şərait yaradıbdır.