Fev 03, 2018 10:53 Asia/Baku
  • Əbdülməlik əl-Husi
    Əbdülməlik əl-Husi

Yəmən Ənsarullahı Hərəkatının baş katibi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının ABŞ-ın cəbhəsindən asılı olduğunu bildirərək deyib: Bu cəbhə zülm, zorakılıq və fəsadı Yer üzərində genişləndirmək ardıncadırlar.

Yəmən Ənsarullahı Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin əl-Husi Şəhid Günü münasibəti ilə etdiyi çıxşında deyib: Bu gün ABŞ və İsrail, onun muzdlularının hərəkətləri, hətta onların ardınca gedən islam ümməti övladlarının hərəkətlərinə baxın. Onlar başqalarına təcavüz və hücumun başladanlar deyillərmi? Başqalarını kütləvi qırğın və onlara zülm etmirlərmi? Başqa əraziləri də işğal etməyə çalışmırlarmı?

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi regionun ərəb muzdluları kimliklərindən mənşə alan əsil proqram və plana malik deyillərmi? Xeyr. Onlar ABŞ-ın orbitində fırlanırlar, çox aydın şəkildə Amerika cəbhəsində hərəkət edirlər. 

Biz hər gün ABŞ, sionist rejim, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının vəhşicəsinə təcavüzü qarşısında şəhid veririk, bu şəhidlər öz həyatlarını Allah yolunda, xalqı, ölkəni və vətənlərini müdafiə etmək üçün qurban verirlər. 

Təcavüzkarlar Yəmən övladlarının BƏƏ və Ərəbistan hərbçilərinin sipərinə çevrilməsini və onlara fəda olmalarını istəyirlər. Burada fürsətdən istifadə edərək, yenidən əziz Sudan xalqından istəyirəm ki, öz prezident və hökumətlərinə nəsihət etsin ki, əbəs yolda hərəkət etməyi durdursun. 

Seyid Bədrəddin sözlərinin sonunda region və Fələstindəki son hadisələr haqda deyib: Biz Fələstinin məzlum xalqına həmişəlik dəstəyimizi vurğulayır, Fələstin məsələsini əsas məsələ hesab edirik. Bizim bu haqda mövqeyimiz dəyişməzdir. Mövqeyimiz islam ümmətinin məsələlərinə dəstək və bütün islam ümməti övladları ilə qardaşlığı qorumaqdır. Bu məsələdən qorxan varsa, islam qardaşlığı cərgəsinə keçmək istəmirsə və amerikalılar və sionistlərin cərgəsində olmaq istəyirlərsə, bu onların problemidir. 

Teqlər