Cizan və Nəcranda 7 səudiyyəli hərbçi öldürülüb
Fev 04, 2018 10:11 Asia/Baku
-
Cizan və Nəcranda 7 səudiyyəli hərbçi öldürülüb
Yəmən ordusu və xalq komitələri qüvvələrinin snayperləri şənbə gecə Ərəbistanın cənubunda Cizanda əl-Fərizə bazasında 6 səudiyyəli hərbçini öldürüblər.
Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, eyni zamanda Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriya bölməsi Ərəbistanın Nəcran bölgməsində Əş-Şürfə və əl-Sədis bazaları və səudiyyəlilərə məxsus hərbi mövqeləri atəşə tutublar. Bu hücumda bir səudiyyəli hərbçi ölüb.
Bu arada Yəmən ordusu və xalq komitələri qüvvələri Təiz vilayətinin Əs-Səlu bölgəsində səudiyyəli muzdluların toplaşdığı məkanı atəşə tutub və bir qrup muzdlu öldürülüb.
Həmçinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Həccə vilayətində Hirz və Midi bölgələrini səkkiz dəfə bombalayıblar.