Türkiyə ordusunun hücumlarında yüzlərlə suriyalı həlak olub və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294695-türkiyə_ordusunun_hücumlarında_yüzlərlə_suriyalı_həlak_olub_və_yaralanıb
Suriya rəsmi informasiya agentliyi bildirib: Türkiyənin Suriyanın şimalında kürd sakinli bölgələrə hücumlarında 500 suriyalı həlak olub və ya yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2018 06:24 Asia/Baku
  • Türkiyə ordusunun hücumlarında yüzlərlə suriyalı həlak olub və yaralanıb
    Türkiyə ordusunun hücumlarında yüzlərlə suriyalı həlak olub və yaralanıb

Suriya rəsmi informasiya agentliyi bildirib: Türkiyənin Suriyanın şimalında kürd sakinli bölgələrə hücumlarında 500 suriyalı həlak olub və ya yaralanıb.

SANA-nın məlumatına görə, Türkiyə ordusunun Suriyanın şimalında kürdsakinli bölgələrə hücumunun ilk günündən bəri 142 nəfər ölüb, 358 nəfər yaralanıb. 

Məlumata görə, Türkiyənin Afrin bölgəsinə hücumunda həlak olanların hamısı sivillər olub. 

Bu mənbə əlavə edib: Türkiyə ordusunun Afrinin ətraf bölgələrinə hücumlarında da Qırmızı Aypara Cəmiyyətinin bir mərkəzi minaatanın mərmisinə tuş gəlib. Nəticədə bu mərkəzə çoxlu xəsarətlər dəyib. 

Türkiyə 20 yanvardan ABŞ-ın Türkiyənin cənub sərhədləri yaxınlığında 30 min kürd qüvvələrindən ibarət xüsusi qüvvələrinə çalışmasına reaksiya olaraq bu bölgələrə irimiqyaslı hücumlara başlayıb.