Fələstinli mübariz Əhməd Cərrar şəhid olub
Sionist rejim hərbçiləri həftələrlə öncədən təqib etdikləri İzəddin Qəssam batalyonlarının mübarizi Əhməd Cərrarı şəhid ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Cərrar Nablosda Həfat Gilat əməliyyatında yəhudi ravvini öldürməkdə suçlanır, bir neçə həftə öncədən axtarışda idi. Sionist rejim ordusunun onu həbs etmək üzrə əməliyyatı nəticəsiz qalmışdı.
Fələstin dairələri bu xəbəri təsdiqləyərək bildirib: Cərrar Ceninin yaxınlığında Yamun kəndində sionist işğalçılarla toqquşmada şəhid olub.
Sionist rejim ordusu bir bəyanatda bildirib: Cərrarın olduğu mənzil mühasirəyə alınıb və o çıxan kimi atəşə tutulub.
Sionist rejimin 10-cu televiziyası da bazar ertəsi günü bildirib: Bir fələstinin İordan çayının qərb sahilində Selfit bölgəsində əməliyyat keçirməsi nəticəsində bir sionist qəsəbə sakini ölüb.
Hadisə baş verəndən sonra, sionist rejim hərbçiləri sionisti öldürən fələstinlini tapmaq üçün Selfitdə irimiqyaslı əməliyyata başlayıblar.