Livan rəsmiləri prezident sarayında bir araya gəldi
Fev 06, 2018 21:44 Asia/Baku
Livan prezidenti, baş naziri və parlament sədri bu gün Bəbəda Prezident Sarayında bir araya gəliblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, Livan Prezident Ofisi prezident Mişel Oun, parlament sədri Nəbih Berri və baş nazir Səəd əl-Həririnin üçtərəfli iclasından sonra bir bəyanatda bildirib: İsrailin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini açıq-aşkar şəkildə pozması 2006-cı il avqustdan Livan ordusunun YUNİFEL-in əməkdaşlığı ilə işğal olunmuş Fələstinlə sərhəd ərazilərdə göstərdiyi səylərin nəticəsi olan stabilliyə qarşı birbaşa təhddidir.
Livan Prezident Ofisinin bəyanatında bildirilir: Livan sərhədlərində sionist rejimin ayrıcı divar çəkməsinin qarşısını almaq üçün bütün səviyyələrdə lazımi addımlar atılacaqdır.