Suriya ordusu İsrailin Dəməşqin ətrafına olan raket hücumunu təsdiq edib
İsrailin Suriya ərazisinə raket zərbəsi endirməsinin ardınca, Suriya ordusu bir bəyanat yayaraq, Suriya silahlı qüvvələrinin ölkəni müdafiəyə hazır olduğunu vurğulayıb və Suriya ordusunun raket bölməsinin bu hücumu önlədiyini bildirib.
Suriyanın dövlət xəbər agentliyi Sana-nın verdiyi məlumata görə, Suriya ordusunun baş qərargahı bir bəyanat yayaraq, İsrailin Dəməşqin ətrafına olan raket hücumunu təsdiq edib və bildirib: Bu raket hücumu Livan ərazisindən həyata keçirilib.
Suriya ordusunun bəyanatında deyilir: Bu raketlər Suriya ordusunun Dəməşqin ətrafındakı hərbi hissələrindən birini hədəfə alıb və Suriya ordusunun raket müdafiə sistemi bu raketlərin çoxunu məhv etməyi bacarıb.
Suriyanın ordu komandanlığı həmçinin bildirib ki, Sriya silahlı qüvvələri istənilən təcavüzü önləmək və onu zərərsizləşdirməyə qadirdir.
Bu məlumata görə, Suriya ordusu terrorizmə qarşı mübarizəsini davam etdirəcək və İsrail öz avantürist hərəkətlərinə görə məsuliyyət daşıyır.
İsrail rejimi bu gün səhər Dəməşqin şimal-qərbində yerləşən Həmraya məntəqəsində Suriya ordusunun elmi araşdırmalar mərkəzini bir neçə ədəd raket ilə hədəfə alıb.