Fev 08, 2018 11:54 Asia/Baku
  • Sabah Qüdsə dəstək üçün

Fələstin İslami Cihad Hərəkatı sionist rejimin cinayətləri və ABŞ dövlətinin Qüdsü bu rejimin paytaxtı tanımasına qarşı bütün fələstinliləri cümə günü etiraz aksiyasına çağırıb.

İRİB-in verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı dünən bir bəyanat yayaraq cümə gününü Qəssam batalyonlarının şəhid döyüşçüsü Əhməd Nəsr Cərrar adına və qəzəb günü adlandırıb. 

Sionist hərbçilər çərşənbə axşamı fələstinli mübariz Əhməd Nəsr Cərrarı şəhid etdilər. Şəhid Cərrar yanvarda İordan çayının qərb sahilində yerləşən Nablos şəhəri yaxınlığında bir sionisti öldürmüşdü. 

Fələstin İslami Cihad Hərəkatı bildirib ki, Fələstin xalqı sionist rejimin qəsəbə inşası, fələstinlilərə qarşı zalım blokadaları, yəhudiləşdirmə siyasəti və fələstinlilərin hüquqlarına qarşı amerikan-sionist planlar müqabilində öz itifazəsini davam etdirəcək. 

Teqlər