Fev 09, 2018 14:18 Asia/Baku
  • Müqavimət, Bəhreyn və Fələstin xalqlarının yeganə xilas yoludur
    Müqavimət, Bəhreyn və Fələstin xalqlarının yeganə xilas yoludur

Bəhreyn 14 fevral inqilabı koalisiyası bildirib ki, müqavimət, Ali-Xəlifə və sionist rejim qarşısında dayanan Bəhreyn və Fələstin xalqlarının yeganə xilas yoludur.

Bəhreyn 14 fevral inqilabı gənclər koalisiyası Bəhreyn xalqının qatil sionistlərlə əlaqələrin hər cür adiləşməsilə olan geniş müxalifətinə toxunaraq, vurğulayıb: Sionist düşmənlə yanaşı, Bəhreyn xalqının müxtəlif təbəqələri və məzhəbinə hörmətsizlik edən kəslər, heç bir vəchlə bu ölkənin, ərəb və İslam dünyasının nümayəndəsi deyildirlər.

Bu bəhreynli koalisiya həmçinin bildirib ki, Bəhreyn xalqının Qüdsü, İntifazəni və Fələstin müqavimətini dəstəkləməsi müqavimətin hədəflərinin tam şəkildə reallaşmasınadək davam edəcəkdir.

14 fevral koalisiyası həmçinin bəzi ərəb ölkələrinin sionistlərlə əlaqələrin adiləşdirilməsindən ötrü sinov getmələrini sionistlərin Fələstin xalqına qarşı qanlı cinayətlərinin davam etməsinin əsas amili hesab edibdir.

Teqlər