Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i295123-yəmən_ordusu_Ərəbistanın_patriot_müdafiə_sistemini_məhv_etdi
Yəmən ordusu və xalq komitələri qüvvələri ölkənin cənub-qərbində Səudiyyə Ərəbistanına məxsus Patriot PAC-3 raket sistemini məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2018 06:12 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi
    Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi

Yəmən ordusu və xalq komitələri qüvvələri ölkənin cənub-qərbində Səudiyyə Ərəbistanına məxsus Patriot PAC-3 raket sistemini məhv ediblər.

Yəmənin əl-Məsirə televiziyası ötən gecə ölkənin cənub-qərbində Məxa vilayətində Ərəbistanın Patriot raket sisteminin məhv edildiyini bildirərək Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı əməliyyatın icrasında Yəmən qüvvələrinin əməkdaşlığı və koordinasiyasını vurğulayıb. 

Səudiyyə Ərəbistanı 2015-ci ildə ABŞ-la 1 milyard 750 milyon dəyərində Patriot sistemi və PAC-3 raketlərinin satın alınması üçün müqavilə imzaladı. 

PAC-3 Patriotun ən modern əməliyyat versiyasıdır. 

Bu sistem ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. 

Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən, Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti gün-gündən artmaqdadır.