Fev 11, 2018 10:55 Asia/Baku
  • Yəmən silahlı qüvvələri müqavimət qüvvələrinin bacarığına təkid edib

Ərəbistanın "Patriot" raket əleyhinə müdafiə sisteminin Yəmən ordusu tərəfindən məhv edilməsinin ardınca Yəmənin silahlı qüvvələrinin sözçüsü deyib: Yəmənin müqavimət qüvvələri quru və hava hərbi əməliyyatlarının taleyini dəyişən gücə və bacarığa malikdirlər.

Yəmən ordusu və xalq komitələri qüvvələri şənbə günü səhər Ərəbistanın bir ədəd "Patriot PAC-3" raket əleyhinə müdafiə sistemini Yəmənin cənub-qərbində yerləşən Məxa məntəqəsində məhv ediblər.

İRİB-nin verdiyi məlumata görə, Yəmənin silahlı qüvvələrinin sözçüsü Əşrəf Loğman deyib: Döyüş meydanında cərəyan edən hadisələr Yəmən ordusu və xalq qüvvələrinin qərb sahili cəbhə xəttində savaşın taleyini öz xeyrlərinə dəyişmələrindən xəbər verir.

Yəmən ordusu 2018-ci ilin yanvarında bu ölkənin yeni raket müdafiə sistemini təqdim edərək, bu raket sisteminin Ərəbistan qırıcılarının hücumlarını önləmək üçün düzəldildiyini bildirmişdi.

Teqlər