Fev 14, 2018 14:37 Asia/Baku
  • Bəhreyn xalqı

Bəhreyndə "14 Fevral" inqilabının ildönümü günü münasibəti ilə aksiyaların keçirilməsi ilə bir vaxtda təhlükəsizlik qüvvələri bu gün səhər saatlarından ölkənin müxtəlif məntəqələrində inqilabçılar və xalq kütlələrinə qarşı güc tətbiq etməyə başlayıblar.

İRİB-nin verdiyi məlumata görə, Bəhreyn xalqı "14 Fevral" inqilabının ildönümü günündə, bu gün səhər küçələrə axışıb. Öncədən elan olunduğu kimi günorta və axşam da etiraz aksiyaları davam etdiriləcək.

Yerli mənbələrin verdikləri məlumatlara görə, Bəhreynin təhlükəsizlik qüvvələri Əl-Əkr məntəqəsində aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə ediblər. Bununla yanaşı, onlar silahlarından atəş də açıblar.

Aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmaların hələ də davam etdiyi bildirilir.

Teqlər