Suriya səmasında sionist rejim PUA-ları izlənir
-
Suriya səmasında sionist rejim PUA-ları izlənir
Suriya ordusunun havadan müdafiə bölməsi ölkənin cənubuna təcavüz edən sionist rejim pilotsuz uçan aparatlarını izləyib.
İRNA-nın məlumatına görə, Suriya KİV-i təhlükəsizlik dairələrinə istinadla bildiriblər: Sionist rejim PUA-ları çərşənbə günü Qünəytrədə bir neçə dəfə Suriyanın hava zolağını pozublar. Amma Havadan Müdafiə Bölməsinin reaksiyası ilə qaçmağa məcbur olublar.
Təcavüz edən sionist rejim PUA-ları işğal olunmuş Cövlan yüksəklikləri tərəfindən Suriyanın cənubunda Qünəytrəyə daxil olublar.
Qeyd edək ki, şənbə günü Suriyanın Havadan Müdafiə Bölməsi ölkənin hərbi mərkəzlərindən birinə hücum etməyə cəhd edən sionist rejimin qırıcı-bombardmançı təyyarəsini vurub.
Suriya hökuməti bildirib: Sionist rejimin təcavüzkarlıqları təkrarlandığı halda, bu rejim suriyalı qüvvələrin qətiyyətli cavabı ilə üzləşəcək.